"Mançester Siti" "Lids"in yarımmüdafiəçisi Kalvin Fillipsi transfer etdiyini açıqlayıb. Matc.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.
 
İngiltərə millisinin üzvü "şəhərlilər"ə 48,7 milyon avroya başa gəlib. Müqavilə 6 il müddətinə imzalanıb. Kalvin yeni klubunda 4 nömrəli formanı geyinəcək.
 
Xatırladaq ki, 2014-cü ildən "Lids"də çıxış edən futbolçu ümumilikdə 233 oyuna 13 qol vurub, 14 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest