Türkiyə Super Liqasında yeni mövsümün təqvimi müəyyənləşib. Matc.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 19 klubun iştirak edəcəyi çempionat 5, 6, 7 və 8 avqust tarixlərində keçiriləcək matçlarla başlayacaq.
 
Mövsümə gələn il mayın 28-də yekun vurulacaq.
 
İlk turda aşağıda adları qeyd olunan komandalar üz-üzə gələcək:
 
Antalyaspor - Qalatasaray
Karagümrük - Alanyaspor
Beşiktaş - Kayserispor
Sivasspor - Qaziantep
Ankaragücü - Konyaspor
Başakşəhər - Kasımpaşa
İstanbulspor - Trabzonspor
Fənərbaxça - ümraniyəspor
Girəsunspor - Adana Dəmirspor
 
Mövsümün açılış turunda "Hatayspor" oynamayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest