Yeni mövsümünə hazırlığını davam etdirən "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində "Qaziantep"lə görüşüb.

Qaziantep təmsilçisi Super Liqada çıxış edir. Bu komanda ötən mövsümdə çempionatı 15-ci pillədə başa vurub. Bu rəqiblə oyun "Qəbələ" üçün uğursuz alınıb. 7 və 66-cı dəqiqələrdə qol buraxan Elmar Baxşıyevin yetirmələri yalnız 70-ci dəqiqədə ülvi İsgəndərovun vurduğu təsəlli qoluna sevinə bilib.

Xatırladaq ki, "Qəbələ" iyulun 12-də Rumıniyanın "çiksereda" klubu ilə də qarşılaşacaq.

Yoxlama oyunu
5 iyul

Qəbələ – Qaziantep 1:2
Qol: ülvi İsgəndərov, 70.

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 5. Ruan Renato, 27. Məqsəd İsayev, 2. İlkin Qırtımov, 5. İsnik Alimi, 97. Felipe Santos, 23. Rafael Utziq, 7. Rövlan Muradov, 77. Emil Səfərov.

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 14. ülvi İsgəndərov, 18. Mehrac Baxşəli, 20. Rauf Rüstəmli, 12. Rüfət Əhmədov, 33. Hüseyn Mürsəlov, 74. Süleyman Damadayev, 44. Salman Ələsgərli, 36. Elməddin Sultanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest