"Qəbələ"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan Macarıstanın "Fehervar" komandası bu gün növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, sözügedən komanda Türkiyənin "Fənərbaxça" klubu ilə üz-üzə gəlib.
 
Avstriyada üz-üzə gələn bu komandaların görüşü İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb. "Qəbələ"nin rəqibi bu oyunda 3 cavabsız qola üzülüb.
 
"Qəbələ"nin "Fehervar"la ilk oyunu iyulun 21-də Macarıstanda, cavab görüşü isə bir həftə sonra doğma meydanda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest