PSJ-nin hücumçusu Neymar zədəsi ilə bağlı danışıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı forvard özünü get-gedə yaxşı hiss etdiyini bildirib.

Superulduz "Barselona"nın həkimlərinin bunda köməyinin olduğunu da söyləyib: "Yaşıl meydanlara dönmək üçün müəyyən prosedurlardan keçdim. "Barselona" həkimlərinin müalicəsi qan dövranına kömək edir".

Onun fizioterapevti Rafael isə futbolçunun çempionlar Liqasının 1/4 final mərhələsinə qədər sıraya dönəcəyini düşünür.

Qeyd edək ki, Neymar yanvarın 23-də Fransa kubokunda "Strasburq"la keçirilən oyunda zədələnib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest