Polşanın "Lex" komandasının kapitanı Mikael İshak UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib

Polşanın "Lex" komandasının kapitanı Mikael İshak UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, doğma meydanda keçirdikləri və 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
 
"Rəqib bizi təəccübləndirmədi. "Qarabağ" yaxşı komandadır. Onların avrokuboklarda böyük təcrübələri var. Rəqibə topla oynamağa imkan verdik. Amma biz bu nəticəyə sevinirik.
 
Matç üçün yaxşı planlarımız vardı. Qələbənin mükəmməl yolunu tapdığımızı hiss etdik. Sonadək mübarizə apardıq. Bu da nəticəyə gətirib çıxardı".
 
Bu komandalar arasındakı cavab matçı iyulun 12-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest