Azərbaycan futbolunda daha bir itki baş verib. Matc.az saytı xəbər verir ki, "Keşlə" klubunun nümayəndəsi Ramiz Kərimov dünyasını dəyişib.

Paytaxt təmsilçisində ümumi işlər üzrə direktor vəzifəsində çalışan Kərimov bu gün 68 yaşında vəfat edib.

Matc.az kollektivi mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest