Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb.

Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, 6-cı qrupda qərarlaşan Azərbaycan millisi elit-raunda yüksəlmək üçün Polşa və Yunanıstanla qarşılaşacaq.
 
Millinin baş məşqçisi Joze Alesio da Silva püşkü federasiyanın rəsmi saytına dəyərləndirib:
 
"çətindir, indi komandaların hamısı güclənib, iddiaları artıb. Yunanıstan millisi ilə Avropa çempionatının son seçmə mərhələsində iki dəfə üz-üzə gəldik. Eləcə də, "Araz-Naxçıvan" 2 il əvvəl Yunanıstan klubuna qarşı oynamışdı. Klub səviyyəsində duelimiz uğursuz alındı, milli ilə iki görüşdə qələbə qazanmışdıq. Onlar bizim oyun üslubumuzu, futzalçılarımızın gücünü, potensialını bilirlər. Əlbəttə, biz də bu komanda haqda məlumatlıyıq. Baş məşqçi Yannis Ziavas uzun müddətdir ki, bu vəzifəni icra edir. O, həm də AEK klubunu çalışdırır, hansı ki, bu komanda millinin özəyini təşkil edir. 
 
Polşaya gəldikdə, fikrimcə, Avropada sürətlə inkişaf edən millilərdəndir. Onların əksər oyunçuları başqa ölkələrin çempionatlarında çıxış edir. Heyətləri təcrübəli və gənc futzalçıların sintezindən qurulub. Kifayət qədər güclü rəqibdir. Onların sonuncu Avropa çempionatının final mərhələsində iştirak etməsi də bunu göstəricisidir.
 
Əlbəttə, Azərbaycan millisi də qitənin ən güclü, rəqibləri üçün çətin komandalandan biridir. Yaxşı hazırlıq keçəcəyik. Qarşıya məqsəd qoyulub: elit-raunda yüksəlməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest