İtaliyanın "Latsio" klubu müdafiəçisi Patriklə (Patrisio Qabarron Xil) yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
İspaniyadan olan 29 yaşlı futbolçu ilə 5 illik yeni sözləşmə imzalanıb. "Barselona"nın yetirməsi olan Patrik 2015-ci ildən "Latsio"da çıxış edir.
 
"Latsio" digər oyunçularından ikisi ilə də yollarını ayırıb. Söhbət Denis Vavro və Bobbi Adekanyedən gedir. Denis Vavro Danimarkanın "Kopenhagen" klubuna satılıb. Slovakiya yığmasının da üzvü olan mərkəz müdafiəçisi bu ilin əvvəlində məhz "Kopenhagen"ə icarəyə verilmişdi. O, Slovakiya yığmasında keçirdiyi 12 oyunda 1 qol vurub.
 
Bobbi Adekanye isə Niderlandın "Qou Ehed İqlz" klubuna transfer olunub. Niderlanddan olan 23 yaşlı forvard 2019-cu ildən "Latsio"da çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest