"Neftçi"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" (Limassol) yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb. Matc.az xəbər verir ki, Kipr klubu Yunanıstan Super Liqasında mübarizə aparan adaşı "Aris"lə üz-üzə gəlib.
 
Qarşılaşmanın taleyini bir qol həll edib. "Neftçi"nin rəqibi 77-ci dəqiqədə Daniel Sikorskinin vurduğu qol sayəsində meydanı 1:0 hesablı qələbə ilə tərk edib. Yunanıstan "Aris"i 44-cü dəqiqədə azlıqda qalıbsa, Kipr "Aris"ində də 83-cü dəqiqədə bir futbolçu birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
 
"Neftçi"nin Limassol "Aris"i ilə ilk oyunu iyulun 21-də Kiprdə, cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest