"Milan" braziliyalı yarımmüdafiəçisi Junior Messiasın transfer hüquqlarını alıb. Matc.az klubun saytına istinadən xəbər verir ki, "rossonyerlər" "Krotone"yə məxsus olan 31 yaşlı braziliyalı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.
 
Xatırladaq ki, "Milan" Messiası ötən ilin yayında "Krotone"dən icarəyə götürmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest