İngiltərənin "Mançester Siti" klubu yarımmüdafiəçisi Romeo Lavia ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, İngiltərə çempionu gənc oyunçunu Premyer Liqanın digər təmsilçisi "Sauthempton"a satıb.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Belçikadan olan dayaq yarımmüdafiəçisi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
 
İngiltərə mətbuatının yazdığına görə, Romeonun transferi "Sauthempton"a 15 milyon avroya başa gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest