Türkiyənin "Kasımpaşa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi italyan əsilli almaniyalı sol cinah müdafiəçisi Raul Petrettanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İsveçrənin "Bazel" klubundan transfer olunmuş 25 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Raul Petretta "Bazel"in öz yetirməsidir. O, 2017-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Müdafiəçi sözügedən komandanın heyətində 150 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest