"Neftçi"nin müdafiəçisi Türkiyədə davam edən təlim-məşq toplanışını dəyərləndirib.

"Neftçi"nin müdafiəçisi Türkiyədə davam edən təlim-məşq toplanışını dəyərləndirib. Matc.az xəbər verir ki, o, klub TV-sinə açıqlamasında bunları söyləyib:
 
"Vəziyyətimiz yaxşıdır, məşqlərimiz plana uyğun davam edir. Ciddi hazırlaşıb, ilk rəsmi oyunumuzadək ideal formamızı bərpa etməyə çalışrııq".
 
"Sakaryaspor"la 1:1 hesablı başa çatan yoxlama matçına toxunan 28 yaşlı müdafiəçi bildirib ki, bu cür oyunlarda nəticə elə də böyük önəm kəsb etmir:
 
"Burada əsasən futbolçuların meydandakı hərəkətliliyi vacibdir. Məncə, pis alınmadı. İlk hissəni yaxşı keçirdik. Normal oyun alındı".
 
Salahlı yeni transfer Solomon Kvirkveliya haqda da danışıb: "Onu salamlayıram, komandamıza xoş gəlib. çox nikbin insandır. Futbolçu kimi isə karyerası göz qabağındadır. Gürcüstan millisinin üzvüdür. Əvvəl çıxış etdiyi klublar da onun necə səviyyədə olduğunu göstərir".
 
Futbolçu sonda "Neftçi" azarkeşlərinə səslənib: "Fanatlarımızı bizə dəstək olmağa çağırıram. Onsuz da hər zaman bizi dəstəkləyirlər. ümid edirəm ki, "Aris"lə oyunda hər şey istədiyimiz kimi olar, qələbə qazanarıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest