Futbol üzrə Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli Xorvatiya Super Kuboku uğrunda "Hayduk"a qarşı keçirəcəkləri oyunu buraxacaq

Futbol üzrə Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli Xorvatiya Super Kuboku uğrunda "Hayduk"a qarşı keçirəcəkləri oyunu buraxacaq. Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante çaçiç açıqlama verib.
 
O bildirib ki, 25 yaşlı hücumçu zədədən yeni qayıtdığı və hazır olmadığı üçün matçın iştirak ərizəsinə salınmayıb.
 
İyulun 9-da "Maksimir" stadionunda keçiriləcək "Dinamo" - "Hayduk" matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest