İngiltərənin "Mançester Siti" klubu bu ilin əvvəlində transfer etdiyi Xulian Alvaresə qovuşub. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
"Mançester Siti" gənc futbolçunu bu ilin fevral ayında Argentinanın "River Pleyt" klubundan transfer etmiş və 5.5 illik müqavilə bağlamışdı. Lakin həmin vaxt 22 yaşlı hücumçunun mövsümün sonunadək Argentina təmsilçisində icarə əsasında oynamağa davam edəcəyi açıqlanmışdı. 
 
Alvares "River Pleyt"də 122 oyuna 54 qol vurub, 29 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest