Yeni mövsümə hazırlaşan "Qəbələ" Türkiyə toplanışını davam etdirir. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Boluda təşkil olunan təlim-məşq prosesinin beşinci gününü başa vurub.
 
Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar. Günün ilk məşqi fitnes zalında gerçəkləşib. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər.
 
Günün ikinci yarısında baş tutan məşq prosesi meydançada reallaşıb. Komanda üzvləri toplu çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest