İtaliyanın "Fiorentina" klubu Madrid "Real"ının futbolçusu Luka Yoviçi transfer edib. Matc.az xəbər verir ki, bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb.
 
Serb hücumçu ilə 2+2 illik müqavilə imzalanıb. Madrid klubu futbolçunun sonrakı satışından təqribən 50 faizini alacaq. Transferin məbləği açıqlanmayıb. "Real" 2024-cü ilin yayına qədər hücumçunun maaşının yarısını ödəyəcək.
 
Qeyd edək ki, Yoviç 2019-cu ilin yayında "Ayntraxt"dan "Real"a transfer olunmuşdu.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest