Polşanın "Lex" komandasının baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçı öncəsi fikirlərini bölüşüb.

Polşanın "Lex" komandasının baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçı öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis görüşün həddindən artıq çətin olacağını bildirib:
 
"Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm. Geniş heyətimiz olsa da, bizi iyulun 12-də "Qarabağ"la ağır döyüş, gərgin səfər oyunu gözləyir".
 
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyununa saat 20:00-da start veriləcək. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub – 0:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest