Azərbaycanlı futbolçu Ayaz Quliyev "Ximki"yə keçidi haqda fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən yarımmüdafiəçi bunları deyib:
 
"Ən vacibi odur ki, klub mənimlə maraqlandı. Bu, çox vacib məqamdır. Görüşdük, təfərrüatları müzakirə etdik. "Ximki"nin rəhbərliyinin münasibətini bəyəndim, hər şey qaydasında getdi. ümumi bir qərara gəldik və mən heç bir gecikmə olmadan müqavilə imzaladım.
 
Komandadakıların çoxunu tanıyıram. Biz "Spartak"da oynayandan yaxşı tanışıq".
 
24 yaşlı yarımmüdafiəçi "Ximki" ilə 2 illik müqavilə imzalayıb. Quliyevin son klubu Tula "Arsenal"ı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest