Futbol üzrə Azərbaycan millisinin və İngiltərənin "Vulverhempton" klubunun hücumçusu Renat Dadaşov İsveçrənin "Qrasshopper" komandasına keçib. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı hücumçu Sürix təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.
 
Xatırladaq ki, Renat Dadaşov 2020-ci ildə də icarə əsasında "Qrasshopper"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest