Yeni mövsümə hazırlığı davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri "Kapital Bank Arena"da "Sabah"la üz-üzə gəlib.
 
Meydan sahibləri bu oyunda 2:1 hesabı ilə qələbə qazanıb. "Sumqayıt"ın qollarına Araz Abdullayev və İbrahim Əliyev imza atıb. "Sabah"dan isə Camal Cəfərov fərqlənib.
 
"Sumqayıt" hazırlıq prosesinin ilk mərhələsi çərçivəsində növbəti yoxlama oyununu "Kəpəz"ə qarşı keçirəcək. 14 iyula planlaşdırılan qarşılaşma da Sumqayıtda baş tutacaq. Onu da nəzərinizə çatdıraq ki, "Sumqayıt" yeni mövsümə hazırlığın 2-ci mərhələsini 16-30 iyul tarixləri arasında Türkiyənin Bolu şəhərində keçirəcək.
 
"Sabah" isə iyulun 14-də "Bank Respublika Arena"da "Səbail"lə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest