Futbol üzrə Rusiya Super Kuboku uğrunda oyun keçirilib. Matc.az xəbər verir ki, həlledici oyunda Rusiya çempionu "Zenit"lə kubokun sonuncu qalibi "Spartak" komandaları üz-üzə gəlib.
 
Sankt-Peterburqdakı "Qazprom Arena"da keçirilmiş qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb – 4:0.
 
Bununla da hazırda Sergey Semakın rəhbərlik etdiyi "Zenit" ardıcıl 3-cü, tarixində isə 8-ci dəfə Super Kubokun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest