Futbol üzrə Polşa Super Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu "Lex"lə Polşa kubokunun qalibi olan "Rakuv" üz-üzə gəlib.
 
"Rakuv" bu oyunda 2 cavabsız qolla qalib gələrək Super Kubok zəfərinin sevincini yaşayıb. "Lex" 43 və 51-ci dəqiqələrdə buraxdığı qollarla məyus olub.
 
"Lex" UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibidir. Bu komandalar arasında Polşada baş tutmuş ilk oyunda meydan sahibləri 1:0 hesabıyla qalib gəliblər. Cavab qarşılaşması isə iyulun 12-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest