Yeni mövsümə hazırlığı davam etdirən "Səbail" və "Kəpəz" komandaları bu gün yoxlama oyunu keçiriblər.

Yeni mövsümə hazırlığı davam etdirən "Səbail" və "Kəpəz" komandaları bu gün yoxlama oyunu keçiriblər. Matc.az xəbər verir ki, sözügedən komandalar Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gəliblər.
 
Dörd qolun qeydə alındığı qarşılaşma "Səbail"in 3:1 hesablı qələbəsiylə yekunlaşıb.
 
"Dənizçilər"in heyətində Ədilxan Qarəhmədov dubla imza atıbsa, digər qolu Ağabala Ramazanov rubu. "Kəpəz"in yeganə qolunu isə penaltidən dəqiq yararlanan Tural Axundov vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest