Polşanın "Lex" komandası "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya yola düşüb. Matc.az xəbər verir ki, Poznan təmsilçisi çarter reysi ilə Azərbaycana yollanıb.

Polşanın "Lex" komandası "Qarabağ"a qarşı keçirəcəyi UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya yola düşüb. Matc.az xəbər verir ki, Poznan təmsilçisi çarter reysi ilə Azərbaycana yollanıb.
 
Uçuşun təxminən 4,5 saat çəkəcəyi gözlənilir. Saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionunda "Lex"in baş məşqçisi Con van den Bromun mətbuat konfransı, saat 19:00-da isə komandanın açıq məşqi olacaq.
 
Sabah keçiriləcək "Qarabağ" - "Lex" oyununa saat 20:00-da start veriləcək. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest