2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına 32 deyil, 48 komanda qatıla bilər. Bunu FİFA prezidenti Canni İnfantino deyib. Ali futbol qurumunun rəhbəri ötən həftə İstanbulda qətərli nümayəndələrlə bu barədə görüş keçirib.

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına 32 deyil, 48 komanda qatıla bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino deyib.

Ali futbol qurumunun rəhbəri ötən həftə İstanbulda qətərli nümayəndələrlə bu barədə görüş keçirib. O, görüş zamanı komandaların sayının artırılması barədə müzakirələrin olduğunu söyləyib. İnfantino bu barədə qısa açıqlama da verib: "Mən bu məsələdə optimistəm. Ancaq asandımı? Dürüst olmaq lazımdısa, xeyr".

Qeyd edək ki, Dç-2022 həmin il noyabrın 21-dən dekabrın 18-dək baş tutacaq. 48 komandalı ilk mundialın isə Dç-2026-da olması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest