"Yuventus" keçmiş yarımmüdafiəçisi Pol Poqbanı geri qaytardığını açıqlayıb. Matc.az xəbər verir ki, Turin klubunun rəsmi saytı 29 yaşlı fransalı ilə azad agent kimi müqavilə bağlandığını yazıb. Müqavilənin şərtləri barədə məlumat verilmir.
 
Poqba 2012-2016-cı illərdə Turin klubunda çıxış edib. O, 2016-cı ildə 105 milyon avroya "Mançester Yunayted"ə keçmişdi.
 
Poqba ötən mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 27 oyunda 1 qol vurub və 9 məhsuldar ötürmə edib. O, 30 iyunda klubu azad agent kimi tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest