Braziliyanın "Fluminense" klubunun hücumçusu Fred karyerasını bitirib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə açıqlamanı futbolçu özü verib.
 
Braziliya millisinin 38 yaşlı sabiq futbolçusu son mövsümdə 20 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
 
Fred karyerası ərzində "Kruzeyro", "Lion", "Atletiko Mineyro", "Fluminense" kimi klublarında çıxış edib. O, "Lion"la üçqat Fransa çempionu və ölkə kubokunun qalibi olub. "Fluminense" ilə Fred iki dəfə Braziliya çempionu olub.
 
Fred Braziliya millisində 39 oyun keçirib, 18 qol vurub və 6 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest