İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimov ilə bağlı qərarı növbəti dəfə təxirə salınıb.

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimov ilə bağlı qərarı növbəti dəfə təxirə salınıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin sabiq rəsmisinin vəkili Fərid Haqverdiyev bu barədə sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib.
 
CAS Nurlanın məsələsi ilə bağlı qərarın verilmə tarixini avqustun 11-dək uzadıb.
 
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı "Facebook" səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" isə 100 000 avro cərimələnib. O, ötən il yanvar ayının 19-da Ağdam təmsilçisindən ayrıldığını açıqlayıb. CAS Nurlanla bağlı qərarın açıqlanmasını daha əvvəl 4 dəfə təxirə salıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest