Futbol üzrə Portuqaliya yığmasının sabiq yarımmüdafiəçi Luis Naninin yeni klubu məlum olub. Matc.az xəbər verir ki, 35 yaşlı vinger bundan sonra Avstraliyanın "Melburn Viktori" komandasının uğurları üçün çalışacaq.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Azad agent statusuna malik futbolçu ilə 2 illik sözləşmə imzalanıb.
 
Nani son olaraq İtaliyanın "Venesiya" komandasında çıxış edib. O, əvvəllər İtaliyada "Latsio"nun da uğurları üçün çalışıb. Futbolçu karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Fənərbaxça", "Valensiya" və "Orlando Siti" klublarının da formasını geyinib. Portuqaliya millisində 112 oyun keçirmiş Luis Naninin hesabında 24 qol var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest