İngiltərənin "Brentford" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın "Bolonya" klubunun şotlandiyalı sol cinah müdafiəçisi Aaron Hikini transfer edib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 20 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. Onun transferi İngiltərə təmsilçisinə təxminən 16.5 milyon avroya başa gəlib.
 
Hiki Şotlandiyanın "Hart of Midlotian" klubunun yetirməsidir. Gənc müdafiəçi 2020-ci ildən "Bolonya"da forma geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest