Futbol üzrə Kolumbiya yığmasının qapıçısı David Ospinanın yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki,  İtaliyanın "Napoli" klubundan ayrılan 33 yaşlı qolkiper bundan sonra karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
 
Təcrübəli qapıçı "Əl-Nəssr"lə anlaşıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
 
David Ospina 2019-cu ildən "Napoli"də çıxış edirdi. O, Neapol təmsilçisində keçirdiyi 4 mövsüm ərzində 103 matça çıxıb. Ospina Kolumbiya milli komandasında da 124 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest