İspaniyanın "Valensiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Samuel Kastilyexonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb.
 
Samuel Kastilyexo 2018-ci ildən "Milan"da çıxış edirdi. İspaniyalı futbolçu bu komandanın heyətində 4 mövsüm ərzində 113 matça çıxıb, 10 qol vurub. O, əvvəllər "Malaqan" və "Vilyarreal"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest