İngiltərə "Arsenal"ının yeni kapitanı məlum olub. Matc.az xəbər verir ki, baş məşqçi Mikel Arteta yarımmüdafiəçi Martin Odeqardı gələn mövsüm üçün komandanın kapitanı təyin edib.
 
23 yaşlı norveçlidən əvvəl "Arsenal"ın kapitanı "Lion"a keçən hücumçu Aleksandr Lakazett idi.
 
Odeqard ötən mövsüm London klubunun heyətində 40 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest