"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex" (Polşa) üzərində 5:1 hesablı qələbə ilə bağlı paylaşım edib. Matc.az xəbər verir ki, Qarayev, zədəli olduğu üçün iştirak etmədiyi oyunla bağlı yazıb. O, oyunu kənardan izləməyin daha çətin olduğunu bildirib və azarkeşlərə təşəkkür edib:
 
"Azarkeş olmaq daha çətin imiş. Dəstəyiniz üçün təşəkkürlər".
 
"Lex"i (0:1, 5:1) məğlub edən "Qarabağ" çL-in 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest