"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidzeni transfer edib.

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidzeni transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb. 
 
Son mövsümü "Telavi"də keçirən Marakvelidze Tiflis "Dinamo"sunun yetirməsidir. O, vətənində "Zestafoni", "Merani" və "Liakvi"nin də formasını geyinib.
 
Piruzi Marakvelidze son mövsümdə "Telavi"nin heyətində 12 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest