UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçrənin "Sürix" klubu iki futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, icarə əsasında komandada çıxış edən xorvatiyalı Ante çoriç müqavilə ilə məxsus olduğu İtaliyanın "Roma" klubuna qayıdıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. çoriç 2021-ci ilin avqustundan "Sürix"də forma geyinirdi. 25 yaşlı yarımmüdafiəçi İsveçrə təmsilçisində 23 oyun keçirib, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
 
"Sürix" 21 yaşlı müdafiəçi Filip Frey ilə də yeni müqavilə imzalanmadığını açıqlayıb. Hər iki futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
 
Xatırladaq ki, "Qarabağ"ın "Sürix"lə ilk matçı iyulun 19-da Bakıda, cavab görüşü isə iyulun 27-də səfərdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest