Futbol üzrə Ukrayna millisinin yarımmüdafiəçisi Andrey Yarmolenko özünə yeni komanda tapıb. Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" komandasında forma geyinəcək.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar. "Əl-Əyn"ə ukraynalı mütəxəssis Sergey Rebrov rəhbərlik edir.
 
Yarmolenko 2018-ci ildən "Vest Hem"də çıxış edirdi. Onun bu klubla müqaviləsinin müddəti bu il iyunun 30-na qədər idi. Futbolçu daha öncə Almaniyanın "Borussiya" (Dortmund) klubunda da legioner həyatı yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest