Almaniyanın "Ersgebirge" komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb.

Almaniyanın "Ersgebirge" komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Almaniya 3-cü liqa təmsilçisi Regional Liqada mübarizə aparan "Moyzelvits"lə qarşılaşıb.
 
Beş qolun qeydə alındığı oyun Aue klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Nazarov start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. O, sözügedən görüşdə dubla imza atıb. Millimizin üzvü 5-ci dəqiqədə matçdakı ilk qolun müəllifinə çevrilibsə, 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə hesabı 3:1 edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest