"Qəbələ"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan Macarıstanın "Fehervar" komandası bu gün növbəti yoxlama oyununa çıxıb.

"Qəbələ"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan Macarıstanın "Fehervar" komandası bu gün növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, sözügedən komanda Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gəlib.
 
Avstriyada üz-üzə gələn bu komandaların görüşü Macarıstan təmsilçisinin qələbəsiylə yekunlaşıb – 1:0. "Qəbələ"nin rəqibini yenə komandanın lideri Kenan Kodro sevindirib. O, 32-ci dəqiqədə fərqlənib.
 
"Qəbələ"nin "Fehervar"la ilk oyunu iyulun 21-də Macarıstanda, cavab görüşü isə bir həftə sonra doğma meydanda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest