Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirib.

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Laurentsiu Regekampfın çalışdırdığı paytatx təmsilçisi Türkiyə Super Liqasında çıxış edən "Qaziantep"lə üz-üzə gəlib.
 
Bakı vaxtı ilə saat 17:00-da start verilən qarşılaşmada qapılara qol vurulmayıb. Beləcə, bakılılar bu oyundan heç-heçə ilə ayrılıblar.
 
Xatırladaq ki, Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edən "ağ-qaralar" növbəti görüşündə "Sivasspor"a uduzmuşdu - 0:1.
 
Yoxlama oyunu
14 iyul
 
Neftçi – Qaziantep 0:0
 
Neftçi: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 75. Nihad Qurbanlı, 82. Rüfət Abbasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest