Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Macarıstanın "Fehervar" komandasınn baş məşqçisi Mixael Boris Türkiyə "Qalatasaray"ına qarşı keçirdikləri yoxlama oyununu şərh edib

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Macarıstanın "Fehervar" komandasınn baş məşqçisi Mixael Boris Türkiyə "Qalatasaray"ına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
 
"Bu qarşılaşma "Qəbələ"yə qarşı Avropa Konfrans Liqasında keçiriləcək matç üçün əla sınaq idi. Bu rəqiblə görüşdən çox razı qaldım. Artıq "Qəbələ" ilə oyuna köklənmişik. Beynimdə start heyəti formalaşdırmağa başlamışam. Hətta əvəzedicilərə də çox ehtiyacımız olacaq. Hazırlıq prosesini planlaşdırılandan bir gün əvvəl başa vururuq. çünki oyunçuların bir az istirahətə ehtiyacı var".
 
"Qəbələ"nin "Fehervar"a qarşı ilk oyunu iyulun 21-də səfərdə, cavab matçı isə bir həftə sonra evdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest