Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Futbol üzrə UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb. Matc.az xəbər verir ki, 15 matçda ümumilikdə 95 mindən çox tamaşaçı iştirak edib.
 
Ən çox fanat Bakıda "Qarabağ" və "Lex" komandaları arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 27 652 tərəfdar izləyib.
 
İkinci pillədə 20 022 tamaşaçı ilə "Dinamo" (Batumi, Gürcüstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı yer alıb. İlk "üçlüy"ü "Ferentsvaroş" (Macarıstan) - "Tobol" (Qazaxıstan) görüşü tamamlayıb - 17 347.
 
Xatırladaq ki, "Qarabağ" "Lex"lə ev oyunundan 5:1 hesablı qələbə ilə ayrılıb. Bu komandalar arasındakı Poznanda baş tutan və "Lex"in 1:0 hesablı qələbəsiylə yekunlaşan oyun da ən çox izlənən qarşılaşma olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest