"İnter"dən ayrılan Arturo Vidalın yeni klubu məlum olub. Matc.az xəbər verir ki, çilili yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək.
 
O, "Flamenqo" ilə 2023-cü ilin sonuna qədər müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Flamenqo" 35 yaşlı futbolçunu pulsuz transfer edib.
 
Vidal "Bayern", "Barselona", "Yuventus" kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest