Futzal üzrə UEFA çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" heyətini gücləndirməkdə davam edir. Matc.az xəbər verir ki, yay fasiləsində Murilo Borges və Maneka ilə yollarını ayıran son çempion 2 braziliyalı futzalçı ilə anlaşıb.
 
Mateus Katataunun ampluası müdafiəçidir. 1998-ci il yanvarın 20-də anadan olmuş futzalçının son klubu Braziliya "Horizontina"sı olub.
 
Joze Alesionun keçidinə "yaşıl işıq" yandırdığı digər futzalçı Vitaodur. Qazaxıstanın "Kayrat" klubundan transfer olunan hücumçunun 27 yaşı var. Hər iki futzalçı ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.
 
"Araz-Naxçıvan" martda Rusiyanın "Torpedo" komandasına keçən qapıçı Rövşən Hüseynlini də heyətinə qatıb. 31 yaşlı qolkiperlə müqavilə 1 illikdir.
 
Azərbaycan təmsilçisi UEFA çempionlar Liqasında mübarizəyə əsas mərhələdən start verəcək. "Araz-Naxçıvan" Bosniya və Herseqovinada keçiriləcək 5-ci qrupun oyunlarında yerli "Mostar"la, eləcə də ilkin mərhələdə yarışacaq D və F qrupunun qalibləri ilə gücünü sınayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest