"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasındakı rəqibləri "Makkabi"nin (Təl-Əviv) oyununu izləmək üçün İsrailə yollanıb

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasındakı rəqibləri "Makkabi"nin (Təl-Əviv) oyununu izləmək üçün İsrailə yollanıb. Matc.az xəbər verir ki, Sadıqov, Təl-Əviv təmsilçisinin Netaniya "Makkabi"si ilə oyununu izləyəcək.
 
Təl-Əviv təmsilçisi bu gün "Toto" kubokunda "Makkabi" (Netaniya) ilə qarşılaşacaq. Oyun saat 21:00-da başlayacaq.
 
"Zirə"nin "Makkabi" ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab görüşü bir həftə sonra səfərdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest