Avropanın ən sadiq azarkeşləri olan klublarının reytinq siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, "köhnə qitə"də ən sadiq fanatlar Dortmund "Borussiya"sınındır.
 
Almaniya təmsilçisinin oyunlarını orta hesabla 76155 azarkeş stadiondan izləyir. Klubun ev oyunlarını keçirdiyi stadionun tutumu isə 81365 nəfərdir.
 
İkinci pillədə "Real" qərarlaşıb. Madrid klubunu arenada 70016 fanat dəstəkləyib. "Santyaqo Bernabeu"da 81044 azarkeş futbola baxa bilər.
 
İlk üçlüyü İngiltərənin "Mançester Yunayted" klubu qapayıb. Bu komandanın ev oyunlarına orta hesabla 69488 azarkeş gəlir.
 
Top-20-də sıralama belədir:
 
"Borussiya" D – 76 155 azarkeş (stadionun tutumu – 81 365)
"Real" – 70 016 (81 044)
"Mançester Yunayted" – 69488 (74140)
"Barselona" – 68864 (99354)
"Bayern" – 66324 (75024)
"Şalke" – 60 456 (62 271)
"Arsenal" – 53 372 (60260)
"İnter" – 51853 (80018)
"Seltik" – 51802 (60411)
"Hamburq" – 51 341 (57000)
"Milan" – 50899 (80018)
"Nyukasl" – 50424 (52305)
"Ayaks" – 48175 (56120)
"Marsel" – 47915 (67394)
"Herta" – 46542 (74475)
"Liverpul" – 45526 (53394)
"Mançester Siti" – 45408 (55097)
"Ştutqart" – 45384 (60441)
"Reyncers" – 44933 (50817)
"Borussiya" M – 44520 (54022)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest