İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Turin təmsilçisi "Cenoa"nın müdafiəçisi Andrea Kambyazonu transfer edib.
 
Bu barədə Turin klubunun rəsmi saytı xəbər yayıb. 22 yaşlı italiyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
 
Kambyazo "Cenoa"nın öz yetirməsidir. O, "Albissola", "Savona", "Alessandriya" və "Empoli" kimi komandalarda icarədə oynayıb. Mərkəz müdafiəçisi geridə qalan mövsümdə "Cenoa"nın heyətində 27 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 
"Yuventus" bu transferin qarşılığında öz müdafiəçisi Radu Draquşini də "Cenoa"ya icarəyə verib. Rumıniyalı futbolçunun icarə müqaviləsinin müddəti 2023-ci ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə satınalma şərti də var.
 
Radu Draquşin 2018-ci ildə "Yuventus"a cəlb olunub. O, Turin təmsilçisinin əsas komandasında cəmi 4 oyuna çıxıb. Rumıniya yığmasının da üzvü olan 20 yaşlı mərkəz müdafiəçisi geridə qalan mövsümdə "Sampdoriya" və "Salernitana"da icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest