"Neftçi"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Kiprin "Aris" (Limassol) komandası yeni mövsümdə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Limassol təmsilçisi Ukraynanın "Dnepr-1" komandası ilə qarşılaşıb. 
 
Altı qolun qeydə alındığı matç kiprlilərin 4:2 hesablı qələbəsiylə başa çatıb. "Aris"in heyətində Yannik Qomis dubl edib, Samson Mayambela və Aleks Mosunda isə hərəyə bir dəfə fərqlənib.
 
"Neftçi" "Aris"lə ilk oyunu iyulun 21-də səfərdə, cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest